Çeçenistan lideri: "Ukraynanın hazırkı hökuməti bölgədə törətdiklərini çeçenlərin adına yazmaq istəyir"
“Ukraynanın Slavyansk şəhərində çeçenlərdən ibarət batalyon yoxdur. Əgər bu belə olsaydı, Arsen Avakov Ukrayna sərhədlərini keçərək qaçmışdı”.
ANS PRESS-in məlumatına görə, bunu Çeçenistan respublikasının lideri Ramzan Kadırov deyib.
O, Ukraynanın cənub-şərq vilayətlərində gedən döyüşlərdə çeçenlərin də vuruşması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib.
“Ukraynada çeçenlərdən ibarət batalyon yoxdur. Sadəcə olaraq Ukraynanın hazırkı hökuməti bölgədə törətdiklərini çeçenlərin adına yazmaq istəyir. Bu, absurddur. Əgər bölgədə çeçenlər olsaydı, əmin olun ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov nəinki Slavyanskdan, Kiyevdən, hətta ukraynadan qaçıb gedərdi”, Ramzan Kadırov deyib.
Çeçenistan lideri Arsen Avakovu və onun kimi fikirləşənləri sakitliyə çağırıb. Deyib ki, döyüşlərin getdiyi Ukraynanın cənub-şərq vilayətlərində gördükləri hər qarabuğdayı adam çeçen deyil.
“Çeçenlər həmçinin mavi gözlü olur. Sarışın saçlı olanları da var. Hər qarabuğdayı gördükləri adam çeçen ola bilməz. Bizim Ukraynanı ələ keçirmək niyyətimiz yoxdur. Lakin bu ölkədə baş verənlərə laqeyd yanaşa bilmərik”, - deyə Çeçenistan lideri bildirib.


Şərhlər