Menu

Rusiya-NATO Şurası bazar ertəsi toplaşacaq

15.12.2016, 22:55

Yens-StoltenberqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya-NATO Şurasını dekabrın 19-da Brüsseldə toplayacaq. Bu barədə Baş katib bu gün Brüsseldə çıxış edərkən bildirib.

«Biz, NATO-nun mənzil-qərargahında, daimi nümayəndələr səviyyəsində görüşəcəyik» - deyə, Stoltenberq bəyan edib.

Alyans rəhbəri dəqiqləşdirib ki, görüş zamanı «Avropada, xüsusilə də Ukraynada təhlükəsizlik məsələləri» müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol