Menu

“Avropa ilə vizasız rejimə tam hazırıq” - Nazir müavini

16.12.2016, 11:37
“Avropa ilə vizasız rejimə tam hazırıq” - Nazir müavini

“Azərbaycan Avropa ilə vizasız rejimə tam hazırdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov deyib. O bildirib ki, bu istiqamətdə danışıqlar gedir: ""ASAN Viza" xidməti fəaliyyətə başladıqdan sonra mənə elə gəlir ki, heç bir problem olmayacaq. Müraciət etmişik və xarici ölkələrin Azərbaycandakı səfirləri öz ölkələrinə bu barədə məlumat verəcəklər. Bu isə vizasız gediş-gəlişə təkan verəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol