Menu

"Gələn il də ikitərəfli və üçtərəfli təlimlər keçiriləcək" - Zakir Həsənov

16.12.2016, 16:22
"Gələn il də ikitərəfli və üçtərəfli təlimlər keçiriləcək" - Zakir Həsənov

"Gələn ildə də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşündə deyib.

Öz növbəsində L. İzoria bildirib ki, gələn il Gürcüstan da Azərbaycanla Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol