Menu

Çin ABŞ-ın sualtı pilotsuz aparatını ələ keçirib

16.12.2016, 22:52
Çin ABŞ-ın sualtı pilotsuz aparatını ələ keçirib

Hadisə Cənubi Çin dənizində baş verib

Çinin hərbi gəmisi beynəlxalq sularda ABŞ-ın sualtı pilotsuz aparatını ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ağentliyi ABŞ-ın Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, hadisə dekabrın 15-də Cənubi Çin dənizində baş verib. Sualtı pilotsuz aparat ABŞ-ın "USNS Bowditch" okeanoqraf gəmisi tərəfindən suya buraxılıb.

Agentliyin məlumatına görə, ilk belə hadisə uzun müddət əvvəl baş verib. Həmin vaxtda da, sualtı pilotsuz aparat Çin hərbçiləri tərəfindən Subik Bey körfəzinin şimal-qərbində tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol