Menu

Rusiya daha bir peyk itirdi!

17.12.2016, 00:17
Rusiya daha bir peyk itirdi!

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, «QLONASS» kosmik qruplaşması peyklərindən biri sıradan çıxıb. Xəbəri raket-kosmik sferasındakı mənbəyə istinadla «İnterfaks» agentliyi yayıb.

«737 nömrəli peyk sıradan çıxıb. Onun əvəzində ehtiyatdakı 723 nömrəli aparat orbitə çıxarılıb» - deyə, mənbə bildirib.

Bu arada, «QLONASS» sistemini idarəetmə Mərkəzinin verdiyi məlumata görə, «Qlonass-M № 737» kosmik aparatı dekabrın15-də, Moskva vaxtı ilə saat 00:00-dan «sistemin baş konstruktoru tərəfindən tədqiq olunur».

Öz növbəsində, «Qlonass-M № 723» peyki orbital ehtiyatdan çıxarılıb və dekabrın 15, saat 00:00-dan orbital qruplaşmanın tərkibinə daxil olmaq mərhələsindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol