Gənc xanım işçisinə sataşan məşhur milyonçunu öldürmək istədilər!
Azərbaycanın ən məşhur iş adamlarından biri ofisində işləyən gənc xanıma qarşı əxlaqdan kənar hərəkətlər etdiyinə görə polisə düşüb. Bu sensasiyalı məlumatı Azpolitika.info-ya iş adamının şirkətindəki etibarlı mənbə verib.
Hadisə təxminən 15-20 gün əvvəl baş verib. Məlumata görə, iş adamının gənc xanım olan işçisinə qarşı əxlaqdan kənar hərəkətlərinə görə böyük qalmaqal yaranıb. Qəzəbli xanım bu barədə yaxınlarına məlumat verib. Qızın atası dərhal hadisənin baş verdiyi ərazinin polis bölməsinə gedərək şikayət edib, iş adamını güllələyəcəyi haqda polisə xəbərdarlıq edib. Lakin polis iş adamının bütün Azərbaycanda tanınmış şəxs olduğunu, eyni zamanda hakimiyyətlə sıx əlaqələrini nəzərə alaraq məsələni rəsmi şikayət olmadan, barışıq yolu ilə həll etməyə üstünlük verib. Daha doğrusu, çox böyük ehtimalla polis bölməsinə “yuxarıdan” belə bir təlimat verilib.
Məlumata görə, təhqir olunmuş xanımın digər bir yaxını isə iş adamının ofisinə gedərək onu döyməyə cəhd edib. Lakin mühafizəçilər buna imkan verməyiblər.
Bizə verilən məlumata görə, bölmə rəisinin səyləri nəticəsində şikayətçi tərəfi sakitləşdirmək, onları qanundan kənar hərəkətlərdən, həmçinin rəsmi şikayətdən çəkindirmək mümkün olub. “Qəhrəmanlıq” edən iş adamının adını yazmamağımız da məhz bununla - şikayətin rəsmiləşdirilməməsi ilə bağlıdır.
Qeyd edək ki, hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib. Öz işçisinə qarşı əxlaqsız hərəkətlər etdiyinə görə polisə düşən iş adamı isə bu aralar nəinki Azərbaycan mətbuatının, həmçinin bir sıra dünya KİV-lərinin də diqqət mərkəzindədir.
Görünür boş yerə deməyiblər ki, alim olmaq asandır, adam olmaq çətin...
“AzPolitika”

Şərhlər