Menu

ABŞ hərbi texnikasını Avropaya qaytarır! - Rusiyaya siqnal

17.12.2016, 22:38

2015-03-11-18-24-51tankAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, sonuncu Amerika tankı Avropanı tərk edəndən cəmi 3 il sonra, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi texnikasını «köhnə dünya»ya qaytarmağa başlayıb.

«NBC» telekanalının məlumatına görə, «Abrams» tankları, piyadaların döyüş maşınları (PDM) və özüyeriyən qaubitsalar artıq Niderlanddakı bazalardan birinə yerləşdirilib. Bu texnikanın köməyi ilə ABŞ ordusu daha bir ağır briqada formalaşdıra bilər.

Telekanal xatırladır ki, indi Avropada ABŞ-ın hərbi-desant briqadası və 2 kavaler alayı yerləşir. ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Ben Hodjes deyib ki, bu addımlar «təcavüzün durdurulması» və Avropalı müttəfiqlərin qorunması məsələlərinə ABŞ-ın sadiqliyinin göstəricisidir.

Bundan başqa, Vaşinqton NATO ilə birlikdə Rusiyaya dəqiq siqnal göndərmək məqsədilə Şərqdə (Şərqi Avropada - red.) hərbi iştirakını artırmaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol