AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya, Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə etmək məqsədilə görüş keçirəcək. Üç ölkənin xarici işlər nazirləri bu barədə razılığa gəlib.
Ankara və Tehranda söhbət gedir ki, məsləhətləşmələr dekabrın 27-ə planlaşdırılıb. Görüş Moskvada keçəcək.
Bu gün 3 ölkənin xarici işlər nazirləri - Sergey Lavrov, Mövlut Çavuşoğlu və Mohəmməd Cavad Zərif hökumət qüvvələrinin şərqi Hələbi tutması və dinc əhalinin şəhərdən təxliyyə olunması fonunda, telefonla Suriyadakı vəziyyəti müzakirə ediblər.


Şərhlər