Menu

Lənkəranda avtomobil qaz borusuna çırpılaraq aşıb 

18.12.2016, 00:19
Lənkəranda avtomobil qaz borusuna çırpılaraq aşıb 

Nəticədə boru kəməri sıradan çıxaraq ətrafa qaz sızdırmağa başlayıb

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, "Opel" markalı "42-BU-349" dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət etdiyindən idarəetməni itirib və orta təzyiqli qaz borusuna çırpılaraq aşıb.

Nəticədə boru kəməri sıradan çıxaraq ətrafa qaz sızdırmağa başlayıb.

Əraziyə təcili olaraq Fövqəladə Hallar Nazirliyi və Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları cəlb olunub.

Sürücü ciddi xəsarət almasa da, bütövlükdə böyük bir ərazi hazırda qazsız qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol