Menu

Çində Zlatan İbrahimoviçə fantastik təklif

18.12.2016, 16:25

zlatanÇin hökuməti futbolçunun yerli klublardan birinə keçidini maliyyələşdirməyə hazırdır

Çin hökuməti ölkə Superliqasının məşhurlaşması naminə İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Zlatan İbrahimoviçin yerli klublardan birinə keçidini maliyyələşdirməyə hazırdır.

"Report" Böyük Britaniyanın "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, isveçli futbolçunun illik məvacibi 120 milyon avro təşkil edə bilər.

Cari ilin yayında Çin klublarından biri 35 yaşlı futbolçuya ilinə 56 milyon funt əmək haqqı təklif etmişdi, lakin İbrahimoviç "MY"da oynamağa üstünlük vermişdi.

O, hazırkı mövsümdə müxtəlif turnirlərdə keçirdiyi 25 matçda 16 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol