Menu

Qəzaya uğrayan İl-18 təyyarəsində olanların hamısı sağ qalıb! - Rusiya MN

19.12.2016, 11:14
Qəzaya uğrayan İl-18 təyyarəsində olanların hamısı sağ qalıb! - Rusiya MN

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın qəzaya uğrayan İl-18 təyyarəsinin göyərtəsində olanların hamısı xilas olub. Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadla «İnterfaks» agentliyi xəbər verir.

İl-18 təyyarəsinin Tiksidə qəza enişi etməsi nəticəsində 16 nəfər ağır zədə alıb.

«Qəza nəticəsində təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri sağ qalıb, 16 nəfər ağır zədə alıb. Qəza-xilasetmə xidmətinin helikopterləri vasitəsilə onlar Tiksinin (Yakutiya) müalicə müəssisələrinə təxliyyə olunub» - deyə, hərbi idarə xəbər verir. Nazirliyin məlumatına görə, İl-18 təyyaprəsinin göyərtəsində 32 sərnişin və 7 ekipaj üzvü ldub.

«Hadisə yerindən edilən məruzəyə görə, təyyarə bu gün saat 04:45 radəsində Tiksi aerodromunun 30 kilometrliyində qəza enişi edib. O, Kansk aerodromundan planlı uçuş yerinə yetirirmiş» - Müdafiə nazirliyinin məlumatında deyilir.

Yakutiyanın Bulunsk rayonundakı (Tiksi) xəstəxanaya 20 sərnişin gətirilib, onların 6-ı ağır vəziyyətdədir.

«İki reys edildi. Birinci reyslə 17 sərnişin gətirildi - onlardan 3-ü ağır vəziyyətdədir. İkinci reys hərbi helikopterlə həyata keçirildi - bu reyslə ağır vəziyyətdə olan daha 3 sərnişin gətirildi» - deyə, dispetçer məlumat verib.

***

Yakutiyada "İl-18" təyyarəsinin qəza enişi zamanı 17 nəfər ağır yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.

"Hadisə yerinən verilən hesabata görə, təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Təyyarə Kansk aeroportundan planlı uçuş həyata keçirirdi", - qurumdan bildirilib.

Bütün yaralılar Tiksi qəsəbəsinin tibb məntəqəsinə çatdırılıb.

* * *

Rusiyada təyyarə qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, hadisə Yakutiyada, Bulunsk rayonunda qeydə alınıb. Belə ki, göyərtəsində əsasən hərbçilərdən ibarət 32 sərnişinin və 7 ekipaj üzvünün olduğu, Kolsovo aeropoportundan Ekaterinburqa üçan İl-18 təyyarəsi Tiksi qəsəbəsinin 27-ci kilometrliyində qəzaya uğrayıb.

Qəza nəticəsində cəmi 6 nəfər sağ qalıb. Hazırda xəsarət alanlar təxliyə edilir.

"RİA Novosti" isə qəza zamanı təyyarənin 3 hissəyə ayrıldığını, lakin yanmanın olduğunu xəbər verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol