Menu

Bakıda “07” betona çırpılıb - Sürücü ölüb

19.12.2016, 12:04
Bakıda “07” betona çırpılıb - Sürücü ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü İsmayılov Elşən Asif oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən, idarəetməni itirib. Nəticədə avtomobil Neftçilər prospekti 145 ünvanın qarşısındakı beton maneəyə çırpılıb. E.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol