Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu öldürən polis Mövlud Mərt Altıntaşın atası, anası və bacısı tutulub.Musavat.com “Hurriyətə” istiandən xəbər verir ki, hadisədən sonra M.Altıntaşın məmləkəti Aydın şəhərinin Söke kəndində əməliyyatlar başladılıb.
Əməliyyat nəticəsində sui-qəsdçinin anası və bacısı polis bölməsinə aparılıb. Evdə axtarışların davam etdirildiyi bildirilir.
Digər bir iddiaya görə, M.Altıntaş 15 iyul çevrilişinə cəhddən sonra şübhəli bir şəkildə mızuniyyətə çıxıb.


Şərhlər