Menu

"Rusiya Karlovun qətlini cavabsız qoymayacaq" - Medvedev

20.12.2016, 00:45

CRIMEA-UKRAINE-RUSSIA-POLITICS-CRISIS-MEDVEDEV"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol