AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya səfirinin qətl işi ilə bağlı şübhəli bilinən 6-cı nəfər saxlanıb. O, diplomata atəş açmış 22 yaşlı Mövlut Altındaşın əmisidir.
Saxlanılanlar arasında onun digər qohumları da var. Qatilin özü isə polislər tərəfindən öldürülüb.
Xatırladırıq ki, faciə Ankarada - sərginin açılışında baş verib. Kürəyindən bir neçə güllə yarası almış səfir Andrey Karlov yerindəcə keçinib.
İşlə bağlı Moskva və Ankara xüsusi xidmət orqanlarının birgə fəaliyyəti razılaşdırılıb. Bu barədə xarici işlər naziri Sergey Lavrov məlumat verib.
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da öz nöbəsində, qeyd edib ki, Rusiya və Türkiyə bu qətlin təşkilatçılarına iki ölkə arasındakı münasibətlərə ziyan vurmaq imkanı verməməlidir.
Çavuşoğlu deyib ki, Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə Andrey Karlovun adı veriləcək.


Şərhlər