AzPoitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Türkiyədəki səlahiyyətli səfiri Andrey Karlovun qətlinin yeni təfərrüatı məlum olub.
İlkin araşdırmanın nəticələrinə istinad edən «Hürriyət» qəzeti yazır ki, qatil tapançadan Karlova 9 güllə vurub. Ümumilikdə isə cani 11 dəfə atəş açıb.
Qeyd olunur ki, hücum edən Türkiyə polisinin əməkdaşıdır. Qəsd günü o, öz hesabına məzuniyyət götürüb və Ankaradakı müasir incəsənət Mərkəzinin (Rusiya səfiri bu Mərkəzdə fotosərginin açılışını edəcəkmiş) yaxınlığındakı mehmanxanada otaq kirayələyib.
Polisin məlumatına görə, qəsd günü o, üzünü qırxaraq, qalstukla kostyum geyinib və tədbirə gedib. Orada xidməti vəsiqəsini göstərərək, polis «kordonu»nu keçib.
Hücum, fotosərginin təntənəli açılışında - Karlov çıxış edən zaman həyata keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi (DİN) aydınlaşdırıb ki, rusiyalı diplomata Türkiyə polisinin 22 yaşlı əməkdaşı Mövlut Mərd Altındaş atəş açıb. Hücum zamanı o, Rusiyanın Suriyadakı fəaliyyəti əleyhinə şüarlar səsləndirib. Hücum nəticəsində daha iki nəfər xəsarət alıb.
Rusiya XİN bu hücumu terror aktı kimi təsnif edib.


Şərhlər