Menu

 "Ələkrəm Hümmətov vətənə görünməyən xəyanət edib" - Həyat yoldaşı

28.09.2013, 10:59
 "Ələkrəm Hümmətov vətənə görünməyən xəyanət edib" - Həyat yoldaşı

 Separatçı Ələkrəm Hümmətovun Ermənistana və Dağlıq Qarabağa səfəri ilə bağlı yeni  ilginc məlumat yayılıb. Məlumata görə, İsveçdə fəaliyyət göstərən diaspor üzvü Rahim Telman Sadıqbəyli separatçı Ə.Hümmbətovun İrəvana, oradan isə Dağlıq Qarabağa səfəri ilə bağlı statusunda yazıb ki, Ələkrəm Hümmətov ona 3 sağlam övlad bəxş edən həyat yoldaşını belə aldadıb.

“Ələkrəm Hümmətovun həyat yoldaşı Südabə (bu qadın milliyyətcə talış deyil) xanımla danışdım. Zavallı qadın fəryad edirdi, ağlayırdı. Ələkrəm iki gün öncə ona deyib ki, Polşaya gedir, mövqeyini dəyişib Azərbaycan üçün çalışacaq. "Məni isə inandırmışdı ki, hollandlar onun pasportunu əlindən alıblar. Deməli, elə həmin gün məndən ayrılıb Amsterdam hava limanından İrəvana uçub. Ələkrəm Hümmətov öz oğlu Turalı belə aldadıb özü ilə aparıb. İndi onun övladları onun bu hərəkətindən şok içindədir. Ələkrəm Hümmətov vətənə görünməyən xəyanət edib. Amma buna onun ailəsini qarışdırmayın. Ələkrəm Hümmətovu Tanrı bagışlamayacaq” deyə qadn bildirib".

Avropada Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə isə açıqlamasında bildirib ki, Ə.Hümmətovun həyat yoldaşı da onun xəyanətindən bezdiyini deyib: “İndi onunla danışıram. Deyir ki, iki övladı var, hər ikisi də hüquqşünasdır. Övladları dəfələrlə atalarına bu təxribatlardan əl çəkməyi bildiriblər. Deyir: ”Mənim balalarım Azərbaycan xalqının üzünə necə çıxacaqlar. Mən özüm azəri türküyəm. Balalarım Azərbaycanı analarından çox sevirlər. Belə şey olar? Bir evdə ana və balaları Azərbaycan deyir, ata isə Azərbaycana düşmən kəsilib". Yazıq qadın ağlayır".(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol