Menu

NATO-nun baş auditoru ölü tapıldı

22.12.2016, 14:41
NATO-nun baş auditoru ölü tapıldı

NATO-nun baş auditoru İv Şandelon Belçikanın Anden şəhərində ölü tapılıb. Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verir.

İlkin məlumatlara görə, məmur odlu silahla intihar edib. Lakin onun ailəsi bu versiyanı qətiyyətlə inkar edir.

60 yaşlı İ.Şandelon NATO-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı məsələlərlə məşğul olurdu. Yaxınları son zamanlarda onun qəribə telefon zəngləri aldığını iddia ediblər.

İstintaq bütün versiyaları araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol