Menu

2 universitet yeni əməkdaşlıq müqaviləsi imzalayıb

22.12.2016, 15:24
2 universitet yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan müqavilədə universitetlər arasında müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur.

Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da sənəddə öz əksini tapıb.

Danışıqların nəticəsi olaraq, reallaşdırılacaq layihələrə uyğun olaraq mütəmadi işgüzar görüşlər keçiriləcək.

Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlərilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol