Menu

Stalinin nəvəsi Moskvada vəfat etdi

23.12.2016, 00:13
Stalinin nəvəsi Moskvada vəfat etdi

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, İkinci dünya müharibəsinin əfsanəsi İosif Stalinin nəvəsi Yevgeni Cuğaşvili Moskvada vəfat edib. Bu barədə «RİA novosti» agentliyinə təcili tibbi yardım idarəsinin sorğu xidmətindən xəbər veriblər.

«O, keçindi» - deyə, agentliyin həmsöhbəti bidirib. 80 yaşlı Cuğaşvilinin ölüm səbəbi hələlik məlum deyil.

Yevgeni Cuğaşvili 1936-cı ildə İosif Stalinin böyük oğlu Yakovun ailəsində anadan olub. Kalininqraddakı Suvorov hərbi məktəbinə daxil olan Yevgeni, hərbi karyerasını bu sahədə qurmağa başlayıb. Sonra o, təhsilini N.E.Jukovski adına Hərbi-hava akademiyasında davam etdirib. Cuğaşvili Korolyovun konstruktor bürosunda hərbi mühəndis olub, Baykonurda kosmik gəmilərin, o cümlədən, ilk kosmonavt Yuri Qaqarinin uçduğu gəminin uçuşlara hazırlıq prosesində iştirak edib.

Sonralar Cuğaşvili hərbi tarixlə maraqlanıb, dissertasiya müdafiə edib və hərbi akademiyalarda dərs deyib. Polkovnik Cuğaşvili 55 yaşında hərbi qüvvələri tərk edib.

Kommunist hərəkatı xadimi kimi o, 1991-ci ildən Rusiya və Gürcüstanın siyasi həyatında fəal iştirak edib. O, müxtəlif kütləvi informasiya vasitələri (KİV) ilə dəfələrlə məhkəmə çəkişməsinə baş vurub - babasının şərəfini qoruyub. 2015-ci ildə o, «Mənim babam - Stalindir. O, müqəddəsdir!» adlı xatirələr kitabını yazıb və atası Yakov haqqında çəkilmiş filmdə Stalin rolunu ifa edib.

Baş leytenant-artilleriyaçı Yakov Cuğaşvili 1941-ci ilin iyulunda əsir düşüb və 1943-cü ilin aprelində Zaksenhauzen əsir düşərgəsində həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol