Menu

Ərdoğanla Putinin görüşəcəyi tarix açıqlandı

23.12.2016, 12:10
Ərdoğanla Putinin görüşəcəyi tarix açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmmədcavd Zərifin Suriyanın gələcəyi ilə bağlı dekabrın 20-də Moskvada razılaşma əldə ediblər. Diplomat bildirib ki, üç ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani yanvarın ortalarında Astanada görüşəcək və həmin anlaşmanı müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol