Menu

"Rusiya milli müdafiə xərclərini azaltmaq niyyətindədir" - Putin

23.12.2016, 14:31
"Rusiya milli müdafiə xərclərini azaltmaq niyyətindədir" - Putin

"Büdcə vəsaitləri qənaitinin əsas maddəsi milli müdafiə bölməsi ilə bağlı olacaq."

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

"2011-ci ildə biz 2,7% ÜDM xərcləyirdiksə, bu il və son 5 ildə bu xərcləri 4,7% ÜDM səviyyəsində çatdırmışdıq" - V.Putin bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə xərclər ÜDM-nin 3,3%-ni, 2018-ci ildə isə 2,8%-ni təşkil edəcək.

Rusiya dövlət başçısı vurğulayıb ki, bu Rusiya Federasiyasının müdafiə qabiliyyətini gücləndirmək planlarına təsir göstərməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol