Menu

Putin Əsədi təbrik etdi - "Artıq ən mühüm vəzifəmiz..."

23.12.2016, 22:56
Putin Əsədi təbrik etdi - "Artıq ən mühüm vəzifəmiz..."

Rusiya Prezidenti Vladimir Putin Suriya Prezidenti Bəşər Əsədi Hələbdə qazanılan qələbə münasibətilə təbrik edib.

Hələbi tamamilə ələ keçirən Əsəd Putinlə telefon danışığı aparıb.

Bu uğurun Suriyada beynəlxalq terrorizmlə mübarizəyə qatılan bütün tərəflərin birgə səyləri sayəsində əldə edildiyini vurğulayan Putin Əsədə "Artıq ən mühüm vəzifəmiz səylərimizi birləşdirərək Suriya böhranının əhatəli həllini nəzərdə tutan müqavilə imzalanması olacaq", – deyib.(Axar.az)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol