Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və salonu qismən yanıb.Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:40-da söndürülüb.
Digər hadisə isə Abşeron rayonunda qeydə alınıb. Belə ki, Güzdək qəsəbəsində vətəndaşa məxsus “VAZ” markalı, minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:24-də söndürülüb.


Şərhlər