Menu

Suriyaya uçarkən ölənlər: generallar və polkovniklər, Doktor Liza, 64 nəfərlik xor...

25.12.2016, 14:59
Suriyaya uçarkən ölənlər: generallar və polkovniklər, Doktor Liza, 64 nəfərlik xor...

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi qəzaya uğramış Tu-154 təyyarəsində olan sərnişinlərin və ekipaj üzvlərinin tam siyahısını dərc edib.

Belə ki, Aleksandrov adına Mahnı və Rəqs Ansamblın 64 aristi, doqquz jurnalist, səkkiz hərbçi, səkkiz ekipaj üzvü, iki nəfər mülki qulluqçu və Yerizaveta Qlinka təyyarənin göyərtəsində olub. Aleksandrov adına Mahnı və Rəqs Ansamblının 3 üzvündən başqa, qalan 64 nəfəri qəzaya uğramış Tu-154 təyyarəsinin göyərtəsində olub. Bunu «TASS» agentliyinə ansamblın solisti Vadim Ananyev xəbər verib. Vadim özü yeni övladının doğulması səbəbilə, qastrola getməyib.

Rusiya Müdafiə Nazirliyinin Soçidən planlı uçuş edən Tu-154 təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayıb.

Təyyarədəki artistlər yeni il konserti vermək üçün Suriyadakı «Xmeymim» aviabazasına uçublar.

Qəza nəticəsində «Birinci kanal», «Zvezda» və «NTV» telekanallarının jurnalistləri də həlak olublar. Bu barədə kanalların efirindən xəbər verilib.

Tu-154 təyyarəsinin sərnişinləri arasında cəmi 8 hərbçi olub. Onlardan biri MN-nin Aleksandrov adına hərbi xorunun bədii rəhbəri və dirijoru, general-leytenant Valeri Xəlilovdur, qalanların isə 5-i rütbəcə polkovnikdir, biri kapitan, biri mayordur.

Habelə sərnişinlər arasında iki Federal mülki vəzifəli şəxs - Badrutdinova və Qubankov yer alır.

“Ədalətli yardım” beynəlxalq humanitar təşkilatının rəhbəri, həkim-reanimatoloq, bu günlərdə prezident Putin tərəfindən mükafatlandırılan Doktor Lizanın (Yekatrina Qlinka) da sərnişinlər arasında olduğu təsdiqlənib.

Əvvəlcədən xəbər verildiyi kimi sərnişinlərdən 9-u jurnalistlərdir, “1-ci Kanal”ın, NTV-nin və “Zvezda”nın əməkdaşlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol