Menu

Di Maria Çin klublarından birinə keçə bilər

25.12.2016, 18:06
Di Maria Çin klublarından birinə keçə bilər

Klubun adı açıqlanmır

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Anhel Di Maria Çin klublarından birinə keçə bilər.

"Report" xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazıb.

Qeyd olunur ki, 28 yaşlı argentinalının agenti Jorje Mendeş artıq Çin komandası ilə danışıqlar aparıb. Klubun adı açıqlanmır.

Di Maria 2015-ci ildən PSJ-də çıxış edir. O, bu mövsüm komandasında 21 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol