Menu

Qaxda körpələr evində yanğın olub

25.12.2016, 23:16
Qaxda körpələr evində yanğın olub

Qax rayonunda yerləşən körpələr evində yanğın baş verib.

"Report"un məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki 11 saylı körpələr evində qeydə alınıb.

Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.

Məlumata görə, bağçanın 1 otağının 38 kvm hissəsi və çardağın 12 kvm hissəsi yanıb. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol