«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın Tu-154 təyyarəsinin Qara dəniz üzərində qəzaya uğraması ilə əlaqədar olaraq, Belarusun Prezidenti Aleksandr Lukaşenko dekabrın 26-da ölkəsində matəm elan edib. Bu barədə xəbəri Belarus liderinin mətbuat xidməti yayıb.
Lukaşenko bəyan edib ki, Tu-154 təyyarəsinin qəzaya uğramasına bir nəfər də olsa belarus biganə qalmayıb.
«Bu faciə - bizim ümumi ağrımızdır və Belarus bu gün Rusiya ilə birgə hüzn içindədir. Bu ağır dəqiqələrdə biz, Rusiyanın yanındayıq və bu dəhşətli ağrını bölüşürük» - deyə, Lukaşenkonun Prezident Putinə göndərdiyi başsağlığında qeyd olunur.
Lukaşenkonun tapşırığı əsasında dekabrın 26-da Belarus Prezidenti iqamətgahı üzərində və ölkəboyu digər dövlət idarələrində həmrəylik və matəm rəmzi olaraq dövlət bayraqları endiriləcək.
Eyni zamanda, əyləncəli tədbirlərin və proqramların keçirilməsi və translyasiya olunması məhdudlaşdırılacaq. Efiri formalaşdırarkən, tele-radio kanallarına bu vəziyyəti nəzərə almaq tövsiyyə olunub.

Şərhlər