Menu

Qəzaya uğrayan Tu-154 təyyarəsinin 33 yaşı olub

26.12.2016, 00:24
Qəzaya uğrayan Tu-154 təyyarəsinin 33 yaşı olub

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya silahlı qüvvələrinə məxsus, Qara dəniz üzərində qəzaya uğramış Tu-154 təyyarəsinin 33 yaşı olub və o, 3 dəfə əsaslı təmirdən keçib.

Bu məlumatı «TASS» agentliyinə «Rus maşınları» korporasiyası verib.

Sonuncu əsaslı təmir 2014-cü ilin dekabrında həyata keçirilib. Cari ilin sentyabrında isə təyyarəyə planlı xidmət göstərilib.

Özəl mənbəyə istinadla, «İnterfaks» agentliyi xəbər verir ki, texniki nasazlıq variantı prioritet versiya hesab olunur. Nədən ki, təyyarənin pilotları təcrübəli, ərazidə isə hava şəraiti yaxşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol