Menu

Qroznıdakı Respublika uşaq xəstəxanası Yelizaveta Qlinkanın adını daşıyacaq

26.12.2016, 12:06
Qroznıdakı Respublika uşaq xəstəxanası Yelizaveta Qlinkanın adını daşıyacaq

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərindəki Respublika uşaq xəstəxanası bundan sonra hüquq müdafiəçisi Yelizaveta Qlinkanın adını daşıyacaq. Bu barədə İnstaqramda Çenistanın başçısı Ramzan Kadırov yazıb.

Onun sözlərinə görə, doktor Liza öz həyatını ən alicənab bir işə - «qaynar nöqtələr»də uşaqların xilasına həsr edib.

Bundan əvvəl müdafiə naziri Sergey Şoyqu ölkənin hərbi-tibb müəssisələrindən birinə Yelizaveta Qlinkanın adının verilməsi barədə qərar qəbul edib.

«Ədalətli yardım» xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka da Qara dəniz üzərində qəzaya uğramış Tu-134 təyyarəsində olub. Qəza nəticəsində 92 nəfər həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol