Menu

Türkiyədə antiterror əməliyyatlarında 1682 nəfər saxlanılıb

26.12.2016, 16:11
Türkiyədə antiterror əməliyyatlarında 1682 nəfər saxlanılıb

Türkiyədə son bir həftə ərzində antiterror əməliyyatları nəticəsində 1682 nəfər saxlanılıb.

Trend bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, saxlananlardan 508 nəfəri PKK, 78 nəfəri İŞİD, 1098 nəfəri Fətullah Gülən hərəkatına qarşı əməliyyatlar zamanı həbs olunub.

Son bir həftə ərzində Türkiyənin hüquq-mühafizə orqanları və Silahlı Qüvvələri ümumilikdə 220 antiterror əməliyyatı keçirib. 8 terrorçu zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol