Menu

Ermənistanda yeni inzibati ərazi vahidləri yaradılır

26.12.2016, 16:23
Ermənistanda yeni inzibati ərazi vahidləri yaradılır

Ermənistanın inzibati ərazi bölgüsü 2018-ci ilədək başa çatacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ərazi idarəetmə və inkişaf naziri David Lokyan dekabrın 26-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2017-ci ilin payızınadək 250-yə yaxın yaşayış məntəqəsi 20 böyük bələdiyyənin tərkibinə daxil ediləcək. Nazir bildirib ki, yeni bələdiyyələrə 7-8 kəndin daxil olması nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol