Menu

Rusiyadan Moldovaya son hədə: "Vəziyyətiniz ağır olacaq"

10.05.2014, 16:23
Rusiyadan Moldovaya son hədə: "Vəziyyətiniz ağır olacaq"

Rusiya Moldovanı Avropa İttifaqı ilə bağladığı müqavilədən sonra üzləşəcəyi ağır vəziyyətlə əlaqədar yenidən xəbərdar edir."Axar.az" xəbər verir ki, bu açıqlama ilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin çıxış edib.

O, Moldovanın imzalayacağı bu müqavilə ilə iqtisadiyyatını tamamilə çökdürəcəyini deyib: "Moldovanın siyasi elitası elə fikirləşir ki, onlar üçün hər şey yaxşı olacaq. Doğrudur, ancaq onlar üçün hər şey əla ola bilər. Əksəriyyət isə bundan əziyyət çəkəcək. Biz birbaşa Moldovanı xəbərdar edirik ki, assosiativ saziş haqqında istənilən müqavilə onun üçün ağır nəticələr verəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol