Menu

Türkiyənin məşhur aktyoru infarkt keçirib

27.12.2016, 10:16
Türkiyənin məşhur aktyoru infarkt keçirib

"Güldür Güldür” adlı komediya verilişindən tanınan Türkiyəli aktyor Çağlar Çorumlu infarkt keçirib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, reklam çəkilişi zamanı özünü pis hiss edən aktyor üçün "Təcili yardım" çağırılıb. Müayinə zamanı aktyorun infarkt keçirdiyi aşkarlanıb. O, xəstəxanaya aparılaraq ürəyindən əməliyyat olunub.

Çağlar Çorumlu bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol