Menu

"Liverpul" "Stok Siti"ni darmadağın edib - VİDEO

27.12.2016, 23:46
"Liverpul" "Stok Siti"ni darmadağın edib - VİDEO

Görüş mersisaydların 4:1 hesablı qələbəsi ilə başa çatıb

"Liverpul" futbolçuları İngiltərə çempionatının 18-ci turunda "Stok Siti" üzərində 4:1 hesabı ilə qələbə qazanıblar.

"Report" xəbər verir ki, ev sahiblərinin heyətində 35, 44 və 71-ci dəqiqələrdə müvafiq olaraq Adam Lallan, Roberto Firmino və Daniel Starric fərqləniblər.

59-cu dəqiqədə "Stok Siti"nin futbolçusu Jianelli İmbula öz qapısına qol vurub. Qonaqların heyətində Conatan Uolters (12) rəqib qapısını dəqiq nişan alıb.

"Liverpul" 40 xal ilə turnir cədvəlində ikinci, "Stok Siti" isə (21 xal) 13-cü pillədə qərarlaşıb.

Ливерпуль - Сток Сити 4:1. Обзор матча. Англия. Премьер-лига 2016/17. 18 тур. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol