Menu

Rusiyanın Dəməşqdəki səfirliyi bu gün iki dəfə atəşə tutulub

28.12.2016, 22:59
Rusiyanın Dəməşqdəki səfirliyi bu gün iki dəfə atəşə tutulub

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu gün Rusiyanın Dəməşqdəki səfirliyi iki dəfə atəşə tutulub.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) verdiyi xəbərə görə, minalardan biri səfirliyin daxili həyətində partlayıb.

Nazirlikdə hesab edirlər ki, terrorçuluğa qarşı mübarizə aparan hər bir kəs bu hücumu pisləməlidir.

Rusiya XİN həm də Dəməşq ətrafında cəmləşmiş qruplaşmaları səfirlik üçün real təhlükə mənbəyi olaraq dəyərləndirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol