Donbasda separatçlara qarşı anti-terror əməliyyatları yenidən aktivləşib. “Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat yayıb.
“Aktiv əməliyyatları güc strukturları nəinki Slavyanskda, həmçinin, rusiyameyilli separatçıların fəaliyyət göstərdiyi digər regionlarda da aparır. Hazırda anti-terror əməliyyatı başlanğıc mərhələdədir və plana uyğun gedir”, - deyə Tımçuk bildirib.


Şərhlər