Menu

Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb

29.12.2016, 15:15
Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb

Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb.

Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi, general-leytenant Sergey Baynetov deyib.

Xatırladaq ki, Rusiyada Suriyaya gedən "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayaraq Qara dənizə düşmüş, nəticədə 92 nəfər həlak olmuşdu.

Bu gün həmin qəza nəticəsində həlak olanlardan 19 nəfərin meyiti sudan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol