Menu

"Bu Aslan İsmayılovun ilk tərbiyəsizliyi deyil, sonuncusu da olmayacaq” - ƏLİ ORUCOV

29.12.2016, 21:16
"Bu Aslan İsmayılovun ilk tərbiyəsizliyi deyil, sonuncusu da olmayacaq” - ƏLİ ORUCOV

Aslan-ISMAMİP lideri Etibar Məmmədovun mətbuata verdiyi son açıqlama ətrafında qalmaqal yaranıb. Qeyd edək ki, tanınmış siyasətçi hökuməti tənqid edib və "yatmış hökuməti" tezliklə dəyişib, normal hökumət qurmağa çağırıb.

Maraqlıdır ki, Etibar Məmmədovun bu açıqlamasına ilk reaksiya iqtidardan yox, hüquqşünas Aslan İsmayılovdan gəlib. O, öz “Feysbuk” səhifəsində aşağıdakı məzmunda fikir paylaşıb: “Azərbaycanın bugünkü duruma düşməsində əvəzsiz rolu olanlar dirilirlər. Artıq Etibar Məmmədov islahatdan danışır. Yəqin bu günlərdə Rəhim Qazıyev, Surət Hüseynov və başqaları da diriləcək”.

Aslan İsmayılovun Etibar Məmmədov haqda işlətdiyi bu fikrə AMİP-dən sərt reaksiya verilib. Partiyanın Siyasi Şurasının üzvü Əli Orucov Azinforum.az-a açıqlamasında Aslan İsmayılovun davranışını tərbiyəsizlik adlandırıb:

"Bu Aslan İsmayılovun ilk tərbiyəsizliyi deyil, sonuncusu da olmayacaq. Hər kəs öz əxlaqına, səviyyəsinə və tərbiyəsinə uyğun danişır və qiymətini də alır. Bu adam hər dəfə ağzını açanda ətrafı üfunət bürüyür. Hər yoldan ötənə cavab verməyə nə vaxtımız var, nə də həvəsimiz. Amma bu kimi insanlar bilməlidirlər ki, Etibar Məmmədov Azərbaycan xalqının və tariximizin yetişdirdiyi tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın Milli Azadlıq Hərəkatının lideridir, dünya səviyyəli, tanınan siyasətçidir. Kimin qəbul edib-etməməsi önəmli deyil, önəmlisi odur ki, E.Məmmədovun fikirləri və verdiyi açıqlamaları cəmiyyətdə böyük diqqət və rəğbətlə qarşılanır. İqtisadi vəiyyətlə bağlı səsləndirdiyi fikirlərinin böyük rezonans doğurması və müzakirələrə səbəb olması da buna əyani sübutdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol