Menu

Türkiyədə həbs edilmiş 3 jurnalist sərbəst buraxıldı

29.12.2016, 19:35

mehkeme-logoTürkiyədə bir müddət əvvəl həbs edilən jurnalistlər sərbəst buraxılıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, fəaliyyətinə xitam verilən “Özgür Gündem” qəzetinin əməkdaşı Aslı Erdoğan, Necmiye Alpay və Bilir Kaya prokurorun tələbi əsasında sərbəst buraxılıb. Məhkəmə təxminən 4 ay əvvəl həbs edilən 3 jurnalistin ölkədən çıxmasına qadağa qoyub.

Qeyd edək ki, bağlanmış qəzetin ümumilikdə 9 əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Onlar ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etməkdə, terror təşkilatının təbliğatını aparmaqda təqsirli bilinirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol