Menu

Mosul əməliyyatının ikinci mərhələsi başladı

29.12.2016, 21:15

mosul iraqİraqda Mosulun İŞİD terrorçularından azad edilməsi üçün əməliyyatların 2-ci mərhələsinə start verilib.

ATV AZ bildirir ki, bu barədə antiterror əməliyyatına komandanlıq edən Əbdülvahab əs-Səədi məlumat verib. Onun sözlərinə görə, əməliyyatın ikinci mərhələsi çərçivəsində Mosulun bütün şərq məhəllələrinin azad edilməsi planlaşdırılır.

Qeyd edək ki, Mosul və Xəvicə şəhərləri uğrunda əməliyyatlardan sonra 137 min insan evlərini tərk etməli olub. Bu insanların bir qismi Ərbil, Daxuk və Səlahəddin bölgələrində, həmçinin, Mosul yaxınlığındakı düşərgədə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol