Menu

«Rusiya Federasiyası «mətbəx diplomatiyası» səviyyəsinə enməyəcək» - Putin

30.12.2016, 20:27
«Rusiya Federasiyası «mətbəx diplomatiyası» səviyyəsinə enməyəcək» - Putin

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ABŞ diplomatlarının ölkədən çıxarılması kimi cavab addımından imtina edib. O, deyib: «Rusiya Federasiyası «mətbəx diplomatiyası» səviyyəsinə enməyəcək».

Bununla belə, Prezident qeyd edib ki, Rusiya cavab hüququnu özündə saxlayır.

«Yola salınmaqda olan ABŞ administrasiyasının yeni qeyri-dost addımlarını Rusiya-Amerika münasibətlərinin gələcək pozulmasına istiqamətlənmiş araqarışdırıcı cəhd kimi qiymətləndiririk. Bu, açıq şəkildə Rusiya və Amerika xalqlarının köklü maraqları ilə zidiyyət təşkil edir və beynəlxalq münasibətlərin bütün kompleksinə ziyan vurur» - deyə, Putin bəyan edib.

Putin həm də Yeni il münasibətilə Barak Obamanı və Donald Trampı təbrik edib: «Təəssüf ki, Obama administrasiyası öz işini belə vəziyyətdə başa vurur. Buna baxmayaraq, onu və ailə üzvlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Yeni seçilmiş Prezident Trampı və bütün Amerika xalqını da təbrik edirəm. Hamıya əminamanlıq və çiçəklənmə arzu edirəm!» - dövlət başçısının bəyanatında deyilir.

Putin eyni zamanda, Rusiyada akkreditə olunmuş bütün ABŞ diplomatlrının uşaqlarını Kremldə keçiriləcək Yeni il şənliyinə dəvət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol