AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ Prezidenti Barak Obamanın 35 Rusiya diplomatının ölkədən çıxarılması barədə məlum qərarını pisləyib.
Onun sözlərinə görə, diplomatlara qarşı sanksiyalar Rusiya ilə ABŞ arasında gərginliyi yüksəldir və «qəbuledilməz yanaşma»dır.
«Biz, istəmirik ki, Rusiya və ABŞ arasındakı gərginlik bölgədəyi vəziyyətə təsir göstərsin. Bu, heç kimə fayda gətirməyəcək. Diplomatların ölkədən çıxarılması yanlış yanaşmadır. Biz, yenidən «soyuq müharibə»yə girmək istəmirik» - deyə, Çavuşoğlu bəyan edib.
Türkiyəli nazir qeyd edib ki, mövcud çağırışlar üzərində birgə və diplomatların iştirakı ilə işləmək lazımdır. O, indi kimin haqlı, kimin haqsız olduğunu ayırd etməməyə və yeni soyuq müharibə atmosferi yaratmamağa çağırıb.
.

Şərhlər