Menu

Hacıqabul sakini intihar edib

01.01.2017, 11:28

intihar-kishiHacıqabulda 38 yaşlı kişi özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib.

Onun asılmış meyiti gecə saat 3.00 radələrində yaxınları tərəfindən aşkar edilib.

Mərhumun 3 azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol