"AzPolitika.info" Türkiyə KİV-lərinə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, "Fərqli terror təşkilatlarının ölkəmizi hədəf aldıqları bu hücumların, bölgəmizdə yaşanan hadisələrdən müstəqil olmadığının fərqindəyik. Ölkəmizə qarşı təhdidləri, hücumları, qaynağını da yox etmə mövzusunda qərarlıyıq" deyə İstanbuldakı terror aktına münasibət bildirib.
Ərdoğan yazılı açıqlamasında, yeni ilin ilk saatlarında İstanbul Ortaköydə meydana gələn terror hücumunu şiddətlə qınayaraq, "Hücumda həyatını itirən vətəndaşlarımıza, itirdiyimiz xarici qonaqlarımıza rəhmət diləyirəm. Həyatlarını itirənlərin yaxınlarına başsağlığı verirəm", ifadələrini istifadə edib.


Şərhlər