Menu

Ermənistan ordusu 110 əsgərini itirdi - Rəsmi

01.01.2017, 19:10

cebhe_xetti_ateshkesErmənistan ordusunun 2016-cı ildə böyük itkilərlə üzləşib. Publika.az xəbər verir ki, Ermənistanda “Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatı ordunun itkilərini açıqlayıb.

Təşkilatın məlumatına görə, Ermənistan ordusu 2016-cı ildə döyüş şəraitində 110-dan çox hərbiçisini itirib.

“2015 və 2014-cü illərlə müqayisədə bu, böyük itkilərdir. 2014-cü ildə Ermənistan ordusu 26, 2015-ci ildə isə 40 hərbiçisini itirmişdi”, - deyə təşkilatın məlumatında bildirilir.

Həmçinin qeyd olunur ki, bu rəqəmlər rəsmi məlumatlardan götürülüb. Qeyri-rəsmi məlumatlarda isə itkilərin bundan 3-4 dəfə çox olduğu deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol