Menu

Ukrayna millisinin oyunçusu “Fənərbağça”da

01.01.2017, 19:52
Ukrayna millisinin oyunçusu “Fənərbağça”da

“Fənərbağça” transfer həyata keçirib.

Qol.az-ın yaydığı xəbərə görə, İstanbul təmsilçisi Ukraynanın “Zarya” komandasından Aleksandr Karavayevi heyətinə qatıb. Məlumatı Luqans klubunun saytı yayıb.

Bildirilib ki, "Fənərbağça" A.Karavayevin müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"u ilə transferlə əlaqədar razılığa gəlib.

"Hürriyyət" qəzeti isə yazır ki, futbolçu mövsümün sonuna qədər icarə qaydasında Türkiyə klubunun şərəfini qoruyacaq.

24 yaşlı sağ cinah yarımmüdafiəçisi olan Karavayev Ukrayna millisinin də oyunçusudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol