Menu

Bizi terrorla qorxutmaq olmaz - Binəli Yıldırım

01.01.2017, 20:50

binali yildirim"Terrorizm Türkiyəni və türk xalqının birliyini zəiflətməyəcək".

Trend-in Anadolu agentliyinə istinadən, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Türkiyəni terrorla qorxutmaq olmaz: "Biz qətiyyətlə terrorizmlə mübarizəni davam etdirəcəyik".

Həmçinin o qeyd edib ki, Türkiyə PKK, İŞİD və FETÖ terror təşkilatlarına qarşı regionda fəal mübarizə aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol