Menu

""Reina"ya rezervasiyamı son anda ləğv etdim" - "Qalatasaray"ın oyunçusu

01.01.2017, 23:31
""Reina"ya rezervasiyamı son anda ləğv etdim" - "Qalatasaray"ın oyunçusu

"Qalatasaray Odeabank"ın ABŞ-lı oyunçusu Austin Daye, "Reina"da rezervasiyası olduğunu, ancaq son anda ləğv etdiyini bildirib.

"AzPolitika.info" xəbər verir ki, "Qalatasaray Odeabank"ın basketbolşusu Austin Daye, "Reina"ya edilən xain terror hücumu sonrasında etdiyi paylaşmasında, rezervasiyasını son dəqiqədə ləğv etdiyini yazıb.

Daye, "Dünən gecə "Reina"da restoranda və gecə klubunda yaşananlara hələ də inana bilmirəm. Rezervasiyam vardı və son dəqiqədə ləğv etmişdim. Tanrıya şükr edirəm və 2017-ci ildədə daha yaxşı, sülh içində bir dünya üçün dua edirəm. Bunu edən terrorçular insan deyil, şeytandır. Dualarım bu möcüzə şəhərdəki insanlar və hücumda zərər görən hər kəslə birlikdə", ifadələrini işlədib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol